ELM VƏ TƏHSİL


“Elm” nəşriyyatı ABŞ-ın “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı ABŞ-ın “EBSCO” məlumat bazası ilə əməkdaşlığa başlayıb. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.

“Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovun sözlərinə görə, elmi resursların əlaqələndiricisi kimi dünyada aparıcı mövqeyə malik “EBSCO” ilə əməkdaşlıq Azərbaycan elminin dünya elminə inteqrasiyası və inkişafına müsbət təsir göstərəcək. Səbuhi Qəhrəmanov imzalanmış razılaşmaya əsasən, AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının elmi tədqiqatlar və nəşrlər bazası olan “EBSCO”ya daxil edildiyini söyləyib. Nəzərə çatdırıb ki, AMEA-nın digər elmi jurnallarının da beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, “Türkologiya” jurnalı 2017-ci ildən ABŞ-ın MLA və SIS, Hollandiyanın SAJI, Türkiyənin TEI və SOBİAD, 2018-ci ildən isə Almaniyanın COSMOS IMPACT FACTOR beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.