ELM VƏ TƏHSİL


“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir

Bakı, 17 iyul, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iyulun 17-də keçirilən iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Elm” nəşriyyatının fəaliyyətindən danışıb.

AZƏRTAC xəbər verir ki, AMEA-nın rəhbəri akademiya təsis edildiyi vaxtdan fəaliyyət göstərən nəşriyyatın xalqımızın elmi potensialının təbliğində, onun geniş oxucu kütləsinə çatdırılmasında, ümumən mədəni-mənəvi və intellektual inkişafımızda mühüm rol oynadığını söyləyib.

Akademik Akif Əlizadə “Elm” nəşriyyatının hazırda müxtəlif növ elmi nəşrlərin - monoqrafiyalar, seçilmiş əsərlər, elmi məcmuələr, lüğətlər, biblioqrafik ədəbiyyatlar və s. hazırlanması sahəsində ixtisaslaşdığını qeyd edib. Vurğulayıb ki, dünyada nəşriyyat işi sahəsində, xüsusilə akademik nəşrlərin hazırlanması və yayımında baş verən yeniliklər “Elm” nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulmasını, onun fəaliyyət istiqamətlərinin genişləndirilməsini zəruri edir.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq “AMEA-nın “Elm” nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019-2020-ci illər üçün tədbirlər planı”nı təsdiq edib. Tədbirlər planına əsasən, “Elm” nəşriyyatının yeni korporativ imicinin formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir tələblər səviyyəsində rəsmi veb-saytının hazırlanması və s. nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.