ELM VƏ TƏHSİL
“Elm” qəzetinin bu il üçün 15-ci nömrəsi çap olunub
Bakı, 7 may, AZƏRTAC
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, qəzetin ilk səhifəsində ulu öndər Heydər Əliyevə həsr olunan “Müstəqil dövlətçiliyin möhkəm bünövrəsi” sərlövhəli məqalə yer alıb.
Bundan əlavə, növbəti nömrədə “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda lektoriya, AMEA rəhbərliyinin UNEC-də ümummilli lider Heydər Əliyevə həsr edilən tədbirdə iştirakı, Beynəlxalq “Silkway” ədəbiyyat festivalının final mərhələsi, akademiyada Alman Akademik Mübadilə Xidmətinin nümayəndələri ilə görüş, “Akademik Murtuza Nağıyev kimya texnologiyasında resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısıdır”, “Ensiklopedik zəka sahibi”, “Şöhrət” ordenli atıcı və kəşfiyyatçı”, “Elm tarixi üzrə problemlər araşdırılır” sərlövhəli məqalələr, nəşrlər və s. informasiyalarla tanış olmaq olar.