ELM VƏ TƏHSİL
“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qəzetin birinci səhifəsindəki “Gərgin əməyin məntiqi nəticəsi” məqaləsində Rəyasət Heyətində “Elm günü”nə həsr olunan iclas barədə ətraflı məlumat verilib. Sonrakı səhifələrdə “Hindistan görüşləri”, “Nağıyev effekti”, “Azərbaycanla bağlı iki qətnamə”, “Türkiyə ədəbiyyatında yeni hekayəçilik”, “Təqdimat”, “Elm fədaisi, müdrik insan” məqalələri yer alıb.
Bundan başqa, oxucular “Həsrətimiz Qubadlı”, “Elmi konfrans”, “İslam sivilizasiyası və elm”, “Fizika sahəsində tanınmış alim”, “Təbiət Tarixi Muzeyi”, “Beynəlxalq münasibətlər və xarici siyasət”, “Çıraqqala qala biləcəkmi?”, “Elmi sessiya”, “Bir portretin tarixçəsi” və digər məqalələrlə tanış ola bilərlər.