ELM VƏ TƏHSİL


“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb

Bakı, 14 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, qəzetin birinci səhifəsindəki “Ölkələr arasında münasibətlərin dərinləşməsinə töhfə” sərlövhəli məqalədə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin Çin Xalq Respublikasına səfəri, Çin Sosial Elmlər Akademiyasının prezidenti Sie Fucan ilə görüşü və Pekində keçirilən “Asiya sivilizasiyaları dialoqu” beynəlxalq konfransında dəvətli məruzəçi kimi çıxışı barədə məlumat verilib.

Sonrakı səhifələrdə “Milli maraqlara xidmət edən kitabxana”, “Ölməz sənətin elmi abidəsi”, “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları”, “Şərəfli həyat yolu keçmiş alim”, “Aristotel fəlsəfəsinin interpretasiyası”, "Elmin inkişafına dəyərli töhfələr vermiş akademik" məqalələri yer alıb.

Bundan başqa, oxucular “Faydalı, həm də kür mis”, “Əməkdaşlarımız Xərə-Zirə adasında”, “Görkəmli alimin ildönümü”, “Növbəti büro iclası” və digər məqalələrlə tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.