ELM VƏ TƏHSİL
“Elm” qəzetinin növbəti nömrəsində...
Bakı, 1 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi iyunun 1-də işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qəzetdə “Böyük elm aləminə açılan qapı”, “Tariximizin siyasi romantika dövrü”, “Üçrəngli bayrağımız”, “Unutsaq unudularıq”, “Yer elmləri üzrə ən gənc elmlər doktoru – Qulam Babayev” məqalələri yer alıb.
Bundan əlavə, yeni nömrədə AMEA-nın nümayəndə heyətinin Bolqarıstana səfəri, akademik Nailə Vəlixanlının ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “Fəxri üzv” diplomu ilə təltif edilməsi, professor Əli Rəcəblinin “Sikkə və dövlətçilik” kitabının təqdimatı, Hirkan meşələrinin adaptasiya potensialının gücləndirilməsi ilə bağlı keçirilən beynəlxalq seminar, ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisi, AMEA əməkdaşları üçün yarmarka, yeni nəşrlər və s. kimi materiallar işıqlandırılıb.
Qəzetdə, həmçinin rus dilində də məqalələrlə tanış olmaq olar.