ELM VƏ TƏHSİL


“Elm” qəzetinin növbəti nömrəsində...

Bakı, 11 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 2019-cu il üçün ilk nömrəsi işıq üzü görüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, qəzetin birinci səhifəsindəki “Uğurlu elmi nəticələr” məqaləsində Geologiya və Geofizika İnstitutunun 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təqdim olunub. Sonrakı səhifələrdə “Mühüm işlər görülüb”, “Konkret etalon məsələləri tədqiq edirik”, “Birgə tədqiqatlar”, “Axtarışda ötən ömür”, “Atropatenadan Azərbaycanadək” məqalələri yer alıb.

Bundan başqa, oxucular “Təkzibolunmaz faktlar əsasında”, “Əsrin astanasında”, “Yenilik hissi ilə yaşayan alim” sərlövhəli maraqlı materiallarla, eləcə də AMEA-nın institutlarının yeni nəşrləri ilə tanış ola bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.