ELM VƏ TƏHSİL


“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfransa məruzə qəbul olunur

Bakı, 17 iyun, AZƏRTAC

AMEA Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfransa məruzə qəbul olunur.

Elm Tarixi İnstitutundan AZƏRTAC-a bildirilib ki, oktyabrın 14-də keçiriləcək konfransda respublikanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri iştirak edə bilərlər.

Konfransa texniki elmlərin və mühəndislik fəaliyyətinin tarixi və metodologiyası, elm və texnika abidələri, tarixşünaslıq və mənbəşünaslıq, müasir dövrdə elmi diplomatiyanın rolu, elm tarixində bioqrafik tədqiqatlar: metodoloji və mənbə təhlilinin xüsusiyyətləri, postsovet məkanında beyin axını və mobillik, elm tarixində qadınların rolu, Elmlər akademiyalarının və elmi müəssisələrin tarixi, təbiət və dəqiq elmlər tarixi, elmmetrik tədqiqatlar, elmin sosioloji problemləri, yeni elmi istiqamətlərin sosial tədqiqi və intellektual elitaların formalaşma mexanizmi, elm və təhsildə innovativ proseslər istiqamətləri üzrə məruzələr qəbul olunur.

Konfransda iştirak üçün məqalə və tezislər Azərbaycan, türk, rus və ingilis dillərində sentyabrın 5-dək [email protected] elektron poçt ünvanına təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.