ELM VƏ TƏHSİL


“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq konfransa məruzə qəbulu aparılır

Bakı, 12 avqust, AZƏRTAC

“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfransa məruzə qəbulu davam edir.

Bu barədə AZƏRTAC-a Elm Tarixi İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun təşkilatçılığı ilə keçiriləcək konfransa məqalə və tezislər sentyabrın 5-dək qəbul edilir. Beynəlxalq elmi konfransda iştirak etmək istəyənlər məqalə və tezisləri Azərbaycan, türk, rus və ingilis dillərində [email protected] ünvanına göndərə bilərlər.

Konfransa texniki elmlərin və mühəndislik fəaliyyətinin tarixi və metodologiyası, elm və texnika abidələri, tarixşünaslıq və mənbəşünaslıq, müasir dövrdə elmi diplomatiyanın rolu, elm tarixində bioqrafik tədqiqatlar, postsovet məkanında beyin axını və mobillik, elm tarixində qadınların rolu, elmlər akademiyalarının və elmi müəssisələrin tarixi, təbiət və dəqiq elmlər tarixi, elmmetrik tədqiqatlar, elmin sosioloji problemləri, yeni elmi istiqamətlərin sosial tədqiqi və intellektual elitaların formalaşma mexanizmi, elm və təhsildə innovativ proseslərin istiqamətləri üzrə məruzələr qəbul olunur.

Beynəlxalq konfransda respublikanın ali təhsil və elmi-tədqiqat müəssisələrinin əməkdaşları, o cümlədən xarici ölkələrin alim və mütəxəssisləri iştirak edə bilərlər.

Xatırladaq ki, “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda III beynəlxalq elmi konfrans oktyabrın 14-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.