ELM VƏ TƏHSİL


“Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda beynəlxalq konfransa məqalə qəbul edilir

Bakı, 10 sentyabr, AZƏRTAC

AMEA-nın Elm Tarixi İnstitutu elm tarixi və elmşünaslığın öyrənilməsində aktual məsələlərin müzakirəsinə həsr olunmuş “Elm tarixi və elmşünaslıq: fənlərarası tədqiqatlar” mövzusunda II beynəlxalq elmi konfrans keçirəcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, oktyabrın 15-də keçiriləcək konfransda iştirak etmək üçün yerli və xarici alimlər, elmi-tədqiqat müəssisələrinin əməkdaşları və universitet müəllimləri dəvət olunurlar.

Konfrans proqramı çərçivəsində plenar iclasın keçirilməsi və bölmələr üzrə mövzu ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. Konfrans materialları toplu şəklində nəşr olunacaq. Müraciət formalarının və tezislərin qəbulundan sonra konfransın proqramı son olaraq formalaşdırılacaq və iştirakçılara göndəriləcək.

Beynəlxalq elmi konfrans onlayn formatda təşkil olunacaq. Hər bir konfrans iştirakçısına konfransa qoşulmaq üçün link göndəriləcək.

Tədbir elm tarixinin “Tarixşünaslıq, mənbəşünaslıq və elm tarixinin metodologiyası”, “Təbiət və dəqiq elmlər tarixi”, “Humanitar və ictimai elmlər tarixi”, “Elm adamları və elmi məktəblər”, “Elmşünaslıq və elmin populyarlaşdırılması” istiqamətləri üzrə təsnifatlandırılıb. Bölmələrin sayı və adı təşkilat komitəsi tərəfindən daxil olan məruzələrin mövzuları öyrənildikdən sonra tənzimlənəcək.

Məqalələr sentyabrın 25-dək qəbul olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.