ELM VƏ TƏHSİL


“Elm tarixi və elmşünaslıq” jurnalı nəşr olunacaq

Bakı, 26 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETİ) “Elm tarixi və elmşünaslıq” elmi jurnalı fəaliyyətə başlayır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi jurnalın əsas fəaliyyət istiqaməti arxiv sənədlərinə istinad edilən məqalələrin dərci, tarixi və elmi dəyər kəsb edən, əvvəllər məlum olmayan faktların aşkar edilməsi, elm və texnikanın təşəkkül və inkişaf tarixinin təhlilini əks etdirən materialların dərc edilməsidir. Jurnalda, həmçinin elmi məktəb və istiqamətlərin yaranmasını, dinamika tarixini əhatə edən əsas mənbələrin və dünya elmində aparıcı Azərbaycan alimlərin məqalələri də yer alacaq. Üç dildə (Azərbaycan, ingilis, rus) nəşr olunan jurnalda geniş profili əhatə edən, muzeylərin külliyyatında olan elmi metodik, metodoloji və arxiv materialları, mənbələr, sənaye, tibb, təhsil və bir çox sahələrin inkişafına dair məqalələr də dərc ediləcək.

Azərbaycan elminin beynəlxalq ictimaiyyətə çatdırılması, yerli alimlərlə xarici ölkə alimləri arasında elmi kommunikasiyaların yaradılması nəşrin qarşıya qoyduğu başlıca vəzifələrdəndir.

Beynəlxalq heyətində Çin, Rusiya, Ukrayna, Polşa və s. ölkələrin akademik qurumlarının və alimlərinin təmsil olunduğu jurnalın Baş redaktoru və təsisçisi AMEA-nın Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəylidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.