ELM VƏ TƏHSİL


“Elm” uşaq istirahət düşərgəsi fəaliyyətə başlayıb

Bakı, 27 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşlarının ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili məqsədilə Dendrologiya İnstitutu nəzdində “Elm” uşaq istirahət düşərgəsi fəaliyyətə başlayıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, düşərgənin açılışında iştirak edənlərə burada uşaqlar üçün hazırlanan proqramlar barədə məlumat verilib. Bundan başqa, uşaqların yataq, yemək və istirahət otaqlarına, eləcə də düşərgənin həyətində attraksionlar, hovuz, açıq havada idman və ya oyunlar üçün avadanlığa baxış keçirilib.

Qeyd edək ki, 8-14 yaş arası məktəblilərin düşərgədə istirahət müddəti 14 gün olmaqla dörd növbədə təşkil ediləcək. Bir növbə üçün yol vərəqəsinin qiyməti 200 manat təşkil edir ki, bunun 70 manatı valideyn tərəfindən, 130 manatı isə həmkarlar təşkilatı tərəfindən ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.