ELM VƏ TƏHSİL


Elm və Təhsil Nazirliyi: Cari ildə 1098 şəhid və hərbçi ailə üzvü, qazi işlə təmin olunub

Elm və Təhsil Nazirliyi: Cari ildə 1098 şəhid və hərbçi ailə üzvü, qazi işlə təmin olunub

Bakı, 29 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi 2022-ci il üzrə müəllimlərin işə qəbulu statistikasını açıqlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, cari ildə müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə əlaqədar hərbçi və şəhid ailəsi üzvləri, Vətən müharibəsi iştirakçıları tərəfindən Elm və Təhsil Nazirliyinə 200-ə yaxın müraciət ünvanlanıb. Onlardan 130 nəfərin müraciəti müsbət həll edilib, digər müraciətlər isə təhlil edilərək nəzarətə götürülüb.

Eyni zamanda şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə digər pedaqoji vəzifələr üzrə 2021-ci ilin fevralından 2022-ci ilin dekabrın 1-nə kimi 2385 nəfər şəhid və hərbçi ailə üzvü, qazi, müharibə iştirakçısı Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunub. Onlardan 1098 nəfəri cari ildə işə qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.