ELM VƏ TƏHSİL


Elm və Təhsil Nazirliyi: TALIS-in sınaq mərhələsinə başlanılıb

Elm və Təhsil Nazirliyi: TALIS-in sınaq mərhələsinə başlanılıb

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan TALIS (Təlim və Tədris üzrə Beynəlxalq Qiymətləndirmə) tədqiqatının 2024-cü ildə keçirilməsi nəzərdə tutulan əsas mərhələsində iştirak edəcək. Bununla bağlı 2023-cü il sınaq mərhələsinə hazırlıq prosesləri başlayıb.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırlıq mərhələsi Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.

Beynəlxalq tədqiqatın sınaq mərhələsi 2023-cü ilin fevral-mart ayları ərzində keçiriləcək. Bununla əlaqədar maarifləndirici, təlimat xarakterli seminarların keçirilməsinə start verilib. ADPU Strateji İnkişaf Mərkəzi tərəfindən 1500 nəfərə yaxın müəllimin iştirak edəcəyi TALIS seminarları fevralın 14-dək davam edəcək.

Xatırladaq ki, tədqiqatın pilot mərhələsi 2022-ci ildə reallaşıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmiz ilk dəfə iştirak edəcək. Tədqiqat müəllim və məktəb direktorlarının məktəblərdəki iş şəraiti və öyrənmə mühitinə istiqamətlənən ilk beynəlxalq sorğudur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.