ELM VƏ TƏHSİL
“Elm və həyat” elmi-populyar jurnalının növbəti nömrəsi dərc olunub
Bakı, 17 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yarım əsrdən çox fəaliyyət göstərən “Elm və həyat” jurnalının yeni nömrəsi nəşr olunub.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, elmi biliklərin təbliğində, Azərbaycan elminin tanıdılmasında böyük rol oynayan jurnalın bu nömrəsində AMEA-nın vitse prezidenti, akademik İsa Həbbibəylinin “H.Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr” adlı məqaləsi yer alıb. Bundan başqa, jurnalda “AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun elmi potensialı”, “Azərbaycanın dövlətçilik tarixi arxeoloji tədqiqatlarda” mövzularında məqalələr və coğrafiyaçı-alim, şair Oqtay Ələkbərovun Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş alimlərə ithaf etdiyi şeiri də öz əksini tapıb.
Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri isə İsa Həbibbəyli və akademiyanın ictimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyevdir.