ELM VƏ TƏHSİL


Elm və təhsil naziri: Dual peşə təhsil proqramı çərçivəsində 25 ixtisas üzrə qəbul aparılır

Bakı, 5 avqust, AZƏRTAC

Bu tədris ilində peşə təhsili üzrə dual peşə təhsil proqramlarına qəbul aparılır. Dual təhsil tələbələrə tədris ili ərzində nəzəri bilikləri peşə təhsili müəssisəsində, praktiki təcrübəni isə müxtəlif işəgötürən müəssisələrdə almaq imkanı verir, işəgötürənlərin kadr ehtiyaclarına uyğun mütəxəssislər hazırlanması, istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsini təmin edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində paylaşıb. Nazir qeyd edib ki, proqram turizm, ictimai iaşə, kənd təsərrüfatı və sənaye istiqamətində 8 regionda, 14 peşə təhsil müəssisəsində 25 ixtisas üzrə 50-dən çox işəgötürən müəssisə ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.