ELM VƏ TƏHSİL


Elm və təhsil nazirinin Göygöldəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil nazirinin Göygöldəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı, 29 mart, AZƏRTAC

Elm və təhsil naziri Emin Əmrullayevin martın 30-da Göygöl rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib. Bildirilib ki, vətəndaş qəbulu martın 31-də keçiriləcək. Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.