İQTİSADİYYAT
Elman Mirsalayev: Sığorta sisteminin düzgün formalaşması güclü iqtisadiyyatın təşkili baxımından çox vacibdir VİDEO
İstanbul, 24 may, AZƏRTAC
Güclü sığorta sisteminin formalaşması digər amillərlə yanaşı, həm də güclü iqtisadiyyatın təşkili baxımından olduqca vacibdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elman Mirsalayev bildirib.
Türkdilli dövlətlər arasında sığorta sahəsi üzv birliyin təsisi ilə ölkələrimiz arasında informasiya, təcrübə, fikir və kadr mübadiləsinin də aparılacağını qeyd edən Elman Mirsalayev deyib: “Biz Türk Dünyası Sığorta Birliyinin yaradılması ilə dünyaya həm də xüsusi mesajla müraciət edirik. Əminik ki, Türk Dünyası Sığorta Birliyinin üzvlərinin belə bir əməkdaşlıq platformasının yaranması bizim sığorta sistemimizin daha da güclənməsinə və təkmilləşməsinə təkan verəcək".
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
iOS için Mail.ru uygula