SİYASƏT


Elman Nəsirov: UEFA Avropa Liqasinin final oyununa siyasi rəng qatmaq istəyənlərin niyyəti puç oldu VİDEO

Bakı, 31 may, AZƏRTAC 

Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq tədbirlərlə yeni model formalaşdırıb. Ölkəmiz bir daha sübut etdi ki, ona qarşı səslənən ittihamların heç bir əsası yoxdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Azərbaycanı ittiham edən təxribatçı qüvvələr yalandan iddia edirdilər ki, guya Bakı təhlükəli şəhərdir. Amma bütün dünya şahidi oldu ki, paytaxtımız təhlükəsiz və gözəl şəhərdir, vətəndaşlarımız çox mehriban və qonaqsevərdirlər. Ölkəmizə gələn bütün futbol azarkeşləri Bakıda müasir infrastrukturun yaradıldığını gördülər. Xarici turistlər Bakı Olimpiya Stadionunun möhtəşəmliyinin şahidi oldular. Bundan başqa, Azərbaycan polisi təhlükəsizlik baxımından üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Bir sözlə, Avropa liqasinin final oyununa siyasi rəng qatmaq istəyənlərin niyyəti puç oldu.

E.Nəsirov qeyd edib ki, final oyunu dünyanın 200-dən çox ölkəsində yayımlandı və bir milyarddan çox tamaşaçı tərəfindən izlənildi. Bununla yanaşı, dünyanın bir çox ölkəsindən 30 mindən çox turist oyunu izləmək üçün ölkəmizə səfər etdi.

Deputat xüsusi olaraq vurğulayıb ki, əldə etdiyimiz hər bir uğur Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün, düşünülmüş, prinsipial siyasətin nəticəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.