İQTİSADİYYAT


Elman Rüstəmov: Bu il Azərbaycanda inflyasiyanın səviyyəsi hədəf diapazonunda formalaşacaq

Bakı, 30 aprel, AZƏRTAC

2021-ci ildə Azərbaycanda inflyasiyanın səviyyəsi hədəf diapazonunda formalaşacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, ilin birinci rübündə orta illik inflyasiya 2,2 faiz olub. Martda isə illik inflyasiya 4,1 faiz təşkil edib və inflyasiyanı hədəf diapazonundan kənarlaşdıra biləcək amillər müşahidə edilmir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.