İQTİSADİYYAT
Elman Rüstəmov: Türkiyə lirəsinin ucuzlaşmasının manata təsiri gözlənilmir

Bakı, 30 mart, AZƏRTAC
Partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Azərbaycan Mərkəzi Bankının (AMB) diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.
"Ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir. Neftin dünya qiymətinin artmağa meyl göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının Azərbaycan manatının məzənnəsinə təsiri gözlənilmir. Valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər maliyyə resursları var", - deyə E.Rüstəmov qeyd edib.