SİYASƏT


Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Miçalka ilə görüşüb.

XİN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi və ATƏT-lə Azərbaycan arasında münasibətlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparıldı.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğunun münaqişənin həllində əsas maneə olduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq sənədləri əsasında həll edilməli olduğunu qeyd edən E.Məmmədyarov işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdlərinin Ermənistanın da 1993-cü ildə qoşulduğu 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə protokollara zidd olduğunu xüsusilə vurğulayıb.

Rudolf Miçalka ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimi ilk dəfə regiona səfər etdiyini bildirərək ətraflı məlumata görə təşəkkürünü ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.