Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elmar Məmmədyarov: Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

Elmar Məmmədyarov: Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir

Bakı, 13 may, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Şərq Tərəfdaşlığı xarici işlər nazirlərinin görüşündəki çıxışında deyib.

Nazir bildirib ki, Aİ xarici ticarət dövriyyəmizdə təxminən 42 faizlik paya malik olmaqla, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Həmçinin Aİ Azərbaycanda ən böyük investordur. Ənənəvi birgə Avropa İttifaqı-Azərbaycan Biznes Forumu Aİ-nin müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndələr cəlb edir. Növbəti biznes forum bu il iyunun 13-də Bakıda keçiriləcək. İnanıram ki, bəzi və hətta ola bilsin ki, çoxlu sayda Aİ ölkələrindən olan şirkətlər Avropanın sənaye və biznes məqsədlərini Azərbaycanla birgə təmsil edəcəklər.

Biz Aİ ilə yeni ikitərəfli müqavilə ilə bağlı keyfiyyətyönümlü danışıqlar vasitəsilə ikitərəfli münasibətlərdə uğur əldə etməkdə maraqlıyıq. Biz bir-birimizdən və bir-birimiz barədə çox şey öyrənirik. Bu, özlüyündə çox məhsuldar işdir.

Bir neçə ilə sektoral əməkdaşlığımızın əsası kimi çıxış edəcək “Tərəfdaşlıq Prioritetləri” sənədinin imzalanması ilə yanaşı, biz keçən il Aİ ilə bir sıra məsələləri müzakirə etdiyimiz iki yeni sektoral format – təhlükəsizlik və nəqliyyat dialoqlarına başlamışıq və bu, bizə bir-birimizi daha yaxşı anlamağa kömək edir.

2017-ci ildə Brüsseldə keçirilmiş sonuncu Şərq Tərəfdaşlığı sammitində təklif edildi ki, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq regiondakı müxtəlif təhdidlərin real mülahizələrinə əsaslanmalıdır. Diqqət Aİ ilə siyasi və ticarət əməkdaşlığının müxtəlif dərəcələrinə malik ölkələr üçün faydalara və potensial əlavə dəyərlərə yönəldilməlidir. Sonuncu sammit konkret məqsədlərə nail olmağı özündə əks etdirən “2020-ci il üçün 20 nəticə” adlı sənədi dəstəklədi. İnanırıq ki, tətbiq edildikdən sonra bu nəticələr regionumuza daha böyük dərəcədə davamlılıq, rifah, inkişaf və bağlılıq gətirmək imkanında olacaq. Lakin “2020-ci il üçün 20 nəticə” üzrə danışıqlar bərabər tərəfdaşlar arasındakı kimi baş tutmalıdır. Bu prosesin müvəffəqiyyəti nəzərəçarpacaq nəticələrdən asılı olacaq. Həmin məqsədlərdən bəziləri Azərbaycanın əsas sektorları üzrə Strateji Yol xəritələrinə uyğun gəlir.

Azərbaycanda dayanıqlı iqtisadi inkişafı və sosial-iqtisadi artımı təmin etmək məqsədilə institusional və struktur islahatlar davam etdirilir. Aparılmış islahatlar və təkmilləşdirilmiş biznes mühitinin nəticəsi olaraq, Azərbaycan Dünya Bankı tərəfindən dərc edilmiş sonuncu “Doing Business” hesabatına uyğun olaraq dünyada 25-ci yerdə qərarlaşıb. Həmçinin Davos Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə uyğun olaraq, artımın keyfiyyətinə görə 34-cü yeri tutur.

Azərbaycan Hökuməti vətəndaşlarının bütün insan hüquq və fundamental azadlıqlarından tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramlar həyata keçirməkdə davam edir. Bu xüsusda, 2019-2023-cü illərdə ədliyyə sisteminin təkmilləşdirilməsinə dair əlavə qanunvericilik və struktur tədbirlərini nəzərdə tutan ədliyyənin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramını qeyd etmək lazımdır.

Nazir qeyd edib ki, öz coğrafiyası və strategiyasına görə Asiya ilə Avropa arasında təbii körpü olan Azərbaycan həmişə regional və transregional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı və onların gerçəkləşdirilməsinə töhfə verən başlıca oyunçulardan olub. Bu səbəbdən, Azərbaycan üçün uzlaşma imkanları həm Aİ ilə ikitərəfli gündəlikdə, həm də Şərq Tərəfdaşlığı çərçivəsindəki çoxtərəfli müstəvidə mühüm yer tutmaqdadır. Nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycana və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birlikdə təşviq edilməsi üçün möhkəm zəmin yarada bilər. Əslində, liman və dəmir yolları administrasiyaları, habelə Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya, Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə bu regional ticarət dəhlizlərində təmsil olunublar. Bu siyahı artmaqda davam edir. Avropada bir çoxları bu strateji ticarət sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycan təqdim etdiyi fürsətləri və infrastrukturu qonşularla, eləcə də Asiya və Avropa ölkələri ilə bölüşür. Burada Şərq-Qərb, Şimal-Cənub və müəyyən sinergiya effekti də mümkündür, xüsusilə əgər biz Aİ-nin bəzi Asiya ölkələri ilə müxtəlif əməkdaşlıq strategiyalarını nəzərə alsaq. Açıq dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan öz quru sərhədlərindən kənara çıxıb geniş bölgə ərazisində daha böyük ticarət dinamikasının yaradılmasına çalışır. Beləliklə, yalnız bəzi misalları çəkərək deyə bilərəm ki, biz Niderland, Belçika, İtaliya, Rumıniyadan olan limanlarla etibarlı tərəfdaşlıq qurduq.

“Enerji sahəsində biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi vasitəsilə strateji tərəfdaşlığımızı davam etdiririk. Bu layihə üzrə aparılan işlərin əsas hissəsi artıq yekunlaşdırılıb. Trans-Adriatik Boru kəməri (TAP) isə inşa olunmasının ən son mərhələsindədir. Biz, həmçinin qaz dəhlizimizin coğrafi baxımdan genişləndirilməsi üzərində düşünürük. Lakin daha çox öngörülə bilən şərait Aİ-yə Azərbaycandan olan daha böyük həcmdə təbii qazı cəlb edə bilər. Elə buna görə də dəhlizin növbəti mərhələlərdə inkişafı üçün Aİ tərəfindən öngörülə bilən qaydaların təmin edilməsi çox vacibdir. Bu fürsətdən istifadə edərək, Cənub Qaz Dəhlizinin Azərbaycan və Aİ-nin birgə uğuruna çevrilməsi məqsədilə bəzi Avropa paytaxtlarından olan həmkarlarımızı əlindən gələni əsirgəməməyə çağırmaq istərdim”, - deyə nazir bildirib.

E.Məmmədyarov diqqətə çatdırıb ki, hərəkətlilik (mobillik) və insanlararası təmasların təşviqi Aİ-Azərbaycan əməkdaşlığında çox mühüm istiqamətlərdən biridir. Hərəkətlilik sahəsində tərəfdaşlıq, habelə Readmissiya və viza rejiminin sadələşdirilməsi sazişləri bu istiqamət üzrə irəliləyişə müstəsna töhfə verib. Azərbaycan tərəfi bu sənədlərin tam həcmdə və səmərəli şəkildə yerinə yetirilməsinə sadiqdir. Readmissiya və viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin uğurlu yerinə yetirilməsi yaxın gələcəkdə viza liberallaşdırılmasının perspektivlərini aça bilər.

Bu gün Azərbaycan demək olar ki, bütün qonşuları ilə çox yaxşı, bəziləri ilə isə strateji xarakterli münasibətlərindən məmnunluq duyur. Qonşularla münasibətlər prioritetdir. Azərbaycan özünü regionda, eləcə də Aİ ilə münasibətlərində etibarlı tərəfdaş kimi doğruldub. Təəssüflər olsun ki, Aİ-nin və Azərbaycanın qonşuluğunda bəzi məsələlər hələ də təkmilləşdirilməlidir. Bir sıra regional perspektivlər, o cümlədən bağlılıq, ticarət layihələri və bəzi digər təşəbbüslər həll edilməmiş münaqişələrin girovu olaraq qalmaqdadır. Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Biz bölgənin tam potensialını açdırmalıyıq. Əgər biz birlikdə Şərq Tərəfdaşlığı vasitəsilə irəliləyiriksə, onda Aİ-nin qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münaqişələrin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır. Avropa Parlamenti tərəfindən 2013-cü ilin oktyabrında qəbul edilmiş qətnamədə bəyan edildiyi kimi, Aİ-nin bir tərəfdaşı digər tərəfdaşının ərazisini işğal edə bilməz. Beləliklə, burada təkcə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi və ya ATƏT sənədləri deyil, Aİ-nin qanunverici qurumu hər şeyi öz adı ilə adlandırıb. İnanırıq ki, Şərq Tərəfdaşlığının gələcəyi və uğuru məhz bölgədə təhlükəsizlik və sabitliyin qoruna biləcəyindən asılıdır.

Buna görə, Aİ və onun üzvləri daxil olmaqla, Şərq Tərəfdaşlığında iştirak edən bütün tərəflər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini tam şəkildə dəstəkləməli və onlara əməl etməlidir. Bu mövqeyə bütün səviyyələrdə və bütün formatlarda qəbul olunan sənədlərdə riayət olunmalı və məhz belə yanaşma əsas meyar kimi götürülməlidir.

Nazir sonda qeyd edib ki, Ermənistanın demokratik inkişafı bu ölkəni Azərbaycanla substantiv danışıqlar aparmağa sövq edəcək və bu, öz növbəsində, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına gətirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb