Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elmar Məmmədyarov: Azərbaycan müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətini davam etdirəcək

Elmar Məmmədyarov: Azərbaycan müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətini davam etdirəcək

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 2018-ci ilin yekunlarına dair kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb. AZƏRTAC müsahibəni təqdim edir.

-Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqların cari il üzrə yekunları nədən ibarətdir? Münaqişənin həlli üzrə danışıqların, xüsusilə son zamanlar səsləndirilən ümidverici bəyanatlar fonunda gələcək perspektivlərini necə görürsünüz?

- Əvvəla qeyd etmək istərdim ki, ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəfələrlə ən yüksək səviyyədə bütün platformalarda səsləndirilib. Münaqişə Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmalıdır. Münaqişənin həllinin hüquqi bazasına gəldikdə buraya, ilk növbədə, dünyada sülh və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 4 qətnaməsi, digər çoxsaylı beynəlxalq təşkilatların, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM, NATO, Avropa Parlamentinin qərar və qətnamələri, eləcə də ikitərəfli və çoxtərəfli formatlarda qəbul edilmiş birgə sənədlər daxildir.

Təəssüf ki, uzun illərdir münaqişənin həlli üzrə aparılan danışıqlar öz nəticəsini verməmişdir. Ermənistanda baş verən son hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində baş tutan söhbətlər və mənimlə ermənistanlı həmkarım arasında keçirilmiş üç görüş danışıqlar prosesinin irəli aparılması baxımından müəyyən optimizm vəd edir. Bu il dekabrın 6-da ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərlərinin, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qəbul olunmuş birgə bəyanatında qeyd edilir ki, münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsi razılaşdırılıb. Bu isə o deməkdir ki, danışıqların formatı dəyişilməz olaraq qalır. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönələn danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bildirmək istərdim ki, bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Ümumiyyətlə, qeyd etmək istərdim ki, bu ilin dekabrında keçirilən seçkilərdən sonra Ermənistanın hazırkı rəhbərliyi, münaqişənin həlli istiqamətində siyasi iradəsini nümayiş etdirməli və mehriban qonşuluq fəlsəfəsinə uyğun olaraq bölgədə sülh, sabitlik və davamlı inkişafın əldə olunması istiqamətində çalışmalıdır.

Ümid edirik ki, qarşıdan gələn 2019-cu ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və iki ölkə arasında münasibətlərin normallaşması baxımından müəyyən irəliləyiş əldə olunacaq. Münaqişənin həllində mümkün irəliləyiş bölgədə sülh, təhlükəsizlik və sabitliyə şərait yaratmaqla, bütün regionda, ilk növbədə, Ermənistanın özündə davamlı iqtisadi inkişafa imkanlar açacaq. Ölkəmiz digər etnik mənsubiyyətə malik Azərbaycan vətəndaşları kimi, öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında qeyd olunan məsələ növbəti dəfə səsləndirildi. Xatırlayırsınızsa, bir müddət əvvəl Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin “xidmətləri” nəticəsində bu təmaslara son qoyuldu. Bilirsiniz, torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə, sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu, təşviq olunmalıdır.

- Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrində hansı mühüm uğurları qeyd edə bilərsiniz?

- 2018-ci il beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və fəal təmsilçilik xəttini yürüdən ölkəmizin əldə etdiyi bir sıra nailiyyətlərlə yadda qalır. Bu sırada həm BMT və onun ixtisaslaşmış təşkilatları, həm də digər regional təşkilatları qeyd etmək olar. Belə ki, bu ilin 25 sentyabr – 1 oktyabr tarixlərində keçirilmiş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutan bir sıra tədbirlərdə və keçirilən görüşlərdə Azərbaycanı narahat edən məsələlərlə bağlı, eləcə də beynəlxalq gündəliyin aktual məsələlərinə dair ölkəmizin mövqeyinə dəstək və anlayış nümayiş etdirildi. Dekabrın 17-də BMT Baş Assambleyası Azərbaycanın təklif etdiyi, dünya ictimaiyyətinin diqqətini beynəlxalq hüququn müddəalarına hörmət edilməsinə yönəldən və silahlı münaqişələr zamanı itkin düşmə hallarının qarşısının alınması, itkin düşmüş şəxslərin axtarışı ilə bağlı bütün lazımi tədbirlərin həyata keçirilməsi, o cümlədən beynəlxalq öhdəliklərə uyğun olaraq itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq edilməsini nəzərdə tutan “İtkin düşmüş şəxslərə dair” qətnamə qəbul edildi. Bu mühüm təşəbbüs Azərbaycanın xarici siyasətinin humanist xarakterini, onun beynəlxalq hüquq və ondan irəli gələn öhdəliklərə sadiqliyini, eləcə də bu qaydalara BMT-nin üzv ölkələri tərəfindən riayət edilməsinə nail olmaq qətiyyətini bir daha qabartmış oldu.

Aprelin 3-5-də Bakıda 117 ölkənin və 16 beynəlxalq təşkilatın nümayəndələrinin iştirak etdiyi Qoşulmama Hərəkatının üzv ölkələrinin Nazirlər Konfransı keçirildi. Tədbir çərçivəsində qəbul edilmiş yekun sənəd və Bakı Bəyannaməsi ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə mövqeyinə birmənalı dəstək ifadə etdi.

Həmçinin bu il dekabrın 12-də Avropa Parlamentinin “Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi xarici siyasətinin həyata keçirilməsi” adlı qətnaməsinin qəbulunu vurğulamaq istərdim. Belə ki, bu qətnamə mövcud münaqişələrin ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini təsdiq etdi.

Bu ilin 1 iyul - 31 dekabr tarixlərində ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çox faydalı oldu. Sədrliyimiz dövründə nazirlər səviyyəsində dörd görüş, tematik işçi qruplarının 20-dən çox iclası keçirildi, bizim təşəbbüsümüzlə müvafiq dəyərləndirmə sənədləri qəbul edildi.

İl ərazində beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə artmaqda olan birmənalı dəstəyini xüsusilə vurğulamaq istərdim. Davamlı səylərimiz nəticəsində diplomatik leksikonumuzda beynəlxalq tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstək ifadəsi daha geniş istifadə olunmağa başladı. Keçirilmiş ikitərəfli və çoxtərəfli görüşlər nəticəsində qəbul olunmuş çoxsaylı sənəd və bəyanatlarda, o cümlədən Qoşulmama Hərəkatının nazirlər görüşünün yekun sənədində, NATO-nun zirvə görüşünün yekun bəyanatında, Avropa Parlamentinin sözügedən qətnaməsində, üçtərəfli formatlarda keçirilmiş görüşlərin birgə bəyannamələrində, eləcə də ikitərəfli əsasda qəbul edilmiş bir sıra birgə bəyanatlarda ölkəmizin suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək münaqişənin həlli ilə bağlı onsuz da mövcud olan geniş hüquqi bazanın daha da möhkəmləndirilməsinə xidmət edib.

Bu il ərzində, həmçinin ölkəmizin bir sıra beynəlxalq təşkilatların seçkili orqanlarına üzvlük müraciətləri də uğurlu olub. Məsələn, iyunun 6-da Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə Komitəsinin üzvü seçilib, bir gün sonra isə Nyu-Yorkda BMT-nin qadınlara münasibətdə ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinə üzv olub, noyabr ayında Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına 2019-2022-ci illər üzrə üzv seçilib, həmçinin ölkəmizin nümayəndəsi BTİ-nin Radio Tənzimləmə Komitəsinə üzv seçilib.

Göründüyü kimi, 2018-ci il ərzində Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində öz maraqlarını daha da irəli aparmaq səylərini davam etdirib.

- Bu il Xəzəryanı ölkələr arasında Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış Konvensiya yeni neft-qaz yataqlarının istismarı və TransXəzər qaz kəmərinin tikilməsi baxımından hansı perspektivlər açır?

- Cari ilin avqustunda "Xəzəryanı beşliyin” liderləri tərəfindən Xəzər dənizinin hüquqi statusu haqqında imzalanan Konvensiya dövlətlərarası əməkdaşlıq üçün yeni, müstəsna imkanlar açdı. Konvensiya tərəflərin Xəzər dənizindən və onun zəngin təbii ehtiyatlarından istifadəsi ilə bağlı hüquq və vəzifələrini tənzimləyir. Bu sənəd Xəzər dənizinin delimitasiya parametrlərini müəyyənləşdirir.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması beş sahilyanı dövlətin xoş məramını bildirən əsl tarixi hadisə oldu. Bu sənədin ölkəmiz üçün əsas əhəmiyyəti sahilyanı ölkələrin dənizin zəngin təbii sərvətlərindən istifadə edilməsi üzrə suveren və müstəsna hüquqlarının müəyyənləşdirilməsindən ibarətdir. Beləliklə, Konvensiya neft-qaz sənayesi sahəsində müxtəlif layihələrin, habelə dənizdə digər iqtisadi fəaliyyətlərin həyata keçirilməsinin davamlılığını və təhlükəsizliyini təmin edir. Xəzər dənizində ticarətin və ölkələrimizin iqtisadiyyatının inkişafı baxımından mühüm rol oynayan naviqasiya azadlığı və təhlükəsizliyi təmin olunur.

Ümumiyyətlə, Konvensiyanın müddəalarının yerinə yetirilməsi orada göstərilən məqsədə nail olunmasını təmin edəcək, Xəzər dənizini sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevirəcək. Tarixən Xəzər dənizində nəhəng layihələrin həyata keçirilməsində fəallıq göstərən Azərbaycan gələcəkdə də sahilyanı ölkələrlə əməkdaşlığı davam etdirməyi və genişləndirməyi planlaşdırır.

Uğurlu enerji siyasəti sayəsində Azərbaycan özünün iqtisadi təhlükəsizliyini təmin edən, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş, istehsalçı və tranzit ölkə kimi nüfuz qazanmağa müvəffəq olub. Hazırda Azərbaycanın təşəbbüsü və iştirakı ilə Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin reallaşdırılması davam etdirilir. Bu layihə Xəzər dənizindən təbii qazın Avropaya nəqli baxımından mühüm rol oynayır. Ölkəmiz enerji resurslarının dünya bazarlarına çatdırılmasında yüksək potensiala malikdir və biz Azərbaycanın ərazisindən keçən tranzit marşrutlarından istifadə etmək istəyən qonşu dost ölkələrə imkanlarımızı təqdim etməyə həmişə hazırıq.

- Məlum olduğu kimi, gələn ildən etibarən Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu mühüm hadisə ölkəmizə nələr vəd edir?

- Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini qarşıya məqsəd qoyan ölkəmiz, bildiyiniz kimi, 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu. Bu təşkilat öz sıralarında 120 üzv, 17 müşahidəçi ölkəni və 10 müşahidəçi təşkilatı birləşdirən ən böyük beynəlxalq qurumlardan biridir. Qoşulmama Hərəkatı keçmişin çox tanınmış dövlət rəhbərləri olan İosip Broz Tito, Cəvahirləl Nehru, Fidel Kastro və digərlərinin iz qoyduğu kifayət qədər uzun tarixə malik bir qurumdur. Təqdirəlayiq haldır ki, çox qısa zaman ərzində ölkəmiz təşkilat çərçivəsində özünü tanıtmaqla yanaşı, Qoşulmama Hərəkatına 2019-2022-ci illər ərzində sədrlik etmək imkanına sahib oldu.

Məlum olduğu kimi, bu ilin aprelində Qoşulmama Hərəkatının üzv ölkələrinin Bakıda keçirilmiş Nazirlər görüşünün yekun sənədində Azərbaycanın bir sıra təşəbbüslərinə dəstək nümayiş etdirildi, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin 4 qətnaməsinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinin vacibliyi vurğulandı.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təşkilatın beynəlxalq nüfuzunun daha da artırılması məqsədilə üç əsas prioritet üzərində qurulacaq və buraya Bandunq prinsiplərinin təşviqi, Hərəkat daxilində birliyin möhkəmləndirilməsi və Hərəkatın effektivliyinin artırılması daxildir.

Əminliklə qeyd edə bilərəm ki, Qoşulmama Hərəkatında sədrliyimiz ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə çatdırılması baxımından bizim üçün əlavə imkanlar yaradacaq. Təşkilatın üzvü olan 120 ölkə BMT üzv dövlətlərinin üçdə ikisini təşkil edir, bu isə istənilən qərarın qəbuluna təsir imkanı deməkdir. Hərəkata sədrliyimiz, həmçinin ölkəmizin irəli sürdüyü təşəbbüslərin reallaşdırılması baxımından müvafiq imkanlar yaratmış olacaq. Bu təşəbbüslərin həyata keçirilməsi isə öz növbəsində, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun daha da artmasına xidmət edəcək.

- 2019-cu ildə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi də daxil olmaqla yeni strateji tərəfdaşlıq haqqında sazişin imzalanması mümkündürmü? Bu Azərbaycana hansı dividentlər gətirəcək?

- Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyir. Tərəfdaşlığımızın son ili Aİ ilə əməkdaşlıq gündəliyinin daha da irəli aparılması baxımından çox faydalı olub. Bu xüsusda, iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Aİ Şurasının Prezidenti Donald Tusk tərəfindən Brüsseldə paraflanmış, oktyabrın 15-də isə Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin Nazirlər görüşü çərçivəsində qəbul edilməsi rəsmiləşdirilən Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədini vurğulamaq istərdim. İkitərəfli əməkdaşlığımızda mühüm mərhələ açacaq Aİ və Azərbaycan arasında yeni hərtərəfli sazişi və sənədlə bağlı aparılan danışıqları da qeyd etmək lazımdır. Danışıqlar prosesi hələ də davam edir və bunun vaxt tələb etdiyi təbiidir, çünki bizə və Aİ tərəfdaşlarımıza ciddi, keyfiyyətli saziş lazımdır. Bu saziş ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək və qarşılıqlı sahəvi tərəfdaşlığımızı uzun müddətdə möhkəmləndirəcək. İnanırıq ki, bu saziş bərabərhüquqlu tərəfdaşlıq və birgə maraqlara əsaslanan strateji əhəmiyyətli sənəd olacaq. Bu saziş təkcə bizə deyil, eləcə də Aİ üzv ölkələrinə lazımdır.

Viza sadələşdirilməsi üzrə Saziş artıq bir neçə ildir ki, qüvvədədir. Bunun məntiqi davamı Aİ ilə viza rejiminin tam ləğvidir. Yəni viza rejiminin liberallaşdırılması anlamına gəlir. Amma bu müəyyən vaxt tələb edir.

- Azərbaycanın 2019-cu il üzrə xarici siyasət prioritetləri nədən ibarət olacaq?

- Ölkəmiz cari ildə olduğu kimi, növbəti il ərzində də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi ilə ölkəmizin milli maraqlarına əsaslanan və milli mənafelərimizin beynəlxalq müstəvidə qorunmasına xidmət edən müstəqil, çoxşaxəli, tarazlaşdırılmış və fəal xarici siyasətimiz davam etdiriləcək.

Bu gün Azərbaycan bölgədə qlobal layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq müstəvidə nüfuz sahibi olan dövlətdir. Bu gün etibarlı tərəfdaş kimi dəyərləndirilən ölkəmizin xarici siyasət sahəsindəki nailiyyətləri, əlbəttə ki, onun qonşu ölkələr və dünyanın digər dövlətləri ilə tarazlaşdırılmış əlaqələr qurmasına, qarşılıqlı maraqlara əsaslanan bərabərhüquqlu dialoq və əməkdaşlıq münasibətlərini həyata keçirməsinə əsaslanır.

2019-cu ildə xarici siyasət prioritetlərinə, ilk növbədə, ölkəmizin suverenliyi və müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması və beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzün bərpa edilməsi, eyni zamanda, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, bütün beynəlxalq aktorlar, o cümlədən dövlətlər, birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi daxildir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarını tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır