SİYASƏT


Elmar Məmmədyarov Malena Mardın Azərbaycan-Aİ əməkdaşlığının inkişafına töhfəsini yüksək qiymətləndirib

Bakı, 6 iyul, AZƏRTAC

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri xanım Malena Mardla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Malena Mardın fəaliyyəti müddətində Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini bildirib.

Malena Mard fəaliyyəti dövründə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəmədiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Malena Marda gələcək fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.