CƏMİYYƏT
“Elmdə Azərbaycan qadınlarının rolu” mövzusunda tədbirin iştirakçıları görkəmli alimlərin xatirələrini anıblar
Bakı, 9 oktyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Bakıda keçirilən “Elmdə Azərbaycan qadınlarının rolu” mövzusunda “dəyirmi masa”nın iştirakçıları oktyabrın 9-da Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə tər güllər düzüblər.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli alimlər Aida İmanquliyevanın, Rəfiqə Əliyevanın, Püstəxanım Əzizbəyovanın, İzzət Orucovanın, Sara Aşurbəylinin, Zəhra Quliyevanın, Xalidə Hasilovanın xatirələrini anıb, məzarları önünə gül dəstələri qoyublar.