CƏMİYYƏT


Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Bakı, 24 may, AZƏRTAC

Mayın 25-də B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan “Hematologiyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

İnstitutdan AZƏRTAC-a verilən xəbərə görə, tədbirdə yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistandan olan alim hematoloq və transfuzioloqlar iştirak edəcəklər. Konfransda qanın bədxassəli xəstəliklərinin, irsi xəstəliklərin və transfuziologiyanın müxtəlif aspektləri müzakirə ediləcək. Həmçinin hematologiyanın aktual problemləri üzrə məlumat mübadiləsi aparılacaq və beləliklə iştirakçılar üçün hematologiya sahəsində son elmi nailiyyətləri izləmək imkanı yaranacaq.

Konfrans Səhiyyə Nazirliyinin Davamlı Tibb Təhsili Proqramı çərçivəsində akkreditasiyadan keçib.

Qeyd edək ki, B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu respublikamızda anemiyalardan başlayaraq qanın bədxassəli şişlərinə qədər bütün hematoloji xəstəliklərin diaqnozunu və müalicəsini aparan baş müəssisəsidir. Hazırda institut hematoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasını, donor qanının tədarük edilməsi, işlənilməsi, saxlanılması və bölünməsini həyata keçirir. Bununla yanaşı, institut hematologiya və transfuziologiya üzrə ölkəmiz üçün aktual olan elmi problemlərin həlli ilə məşğul olur. İnstitutun əsas elmi istiqamətləri Azərbaycanda hemoqlobinopatiyaların epidemiologiyası, molekulyar əsasları, klinikası, müalicəsi və profilaktikasının, leykozların diaqnostikası, epidemiologiyası, klinikası, müalicəsinin müxtəlif aspektlərinin tədqiq edilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.