CƏMİYYƏT


Elmi-Tədqiqat Pediatriya İnstitutunda Ulu Öndərə həsr olunmuş tədbir keçirilib

Bakı, 11 may, AZƏRTAC

Elmi-Tədqiqat Pediatriya İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

AZƏRTAC Elmi-Tədqiqat Pediatriya İnstitutuna (ETPİ) istinadla bildirir ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə institutun direktoru, tibb üzrə fəlsəfə doktoru Allahverdi Musayev açaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Liderinin vəfatından 19 il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini bildirib.

Sonra institutun baş həkimi, professor Azər Əhmədov, direktorun elmi işlər üzrə müavini, tibb elmlər doktoru dosent Nailə Rəhimova və direktorun inzibati işlər üzrə müavini Kənan Qəniyev Ümummilli Lideri Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə bütün gücünü səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər olduğunu qeyd ediblər. Heydər Əliyevin Azərbaycan, o cümlədən elmin inkişafı üçün gördüyü tarixi işlərdən və xalqın Ulu Öndərə olan sevgisindən danışıblar.

Tədbirdə institutun həkim əməkdaşları çıxış edərək Ulu Öndərin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə davam etdirilməsinin digər sahələr kimi, səhiyyə sahəsində həyata keçirilən genişmiqyaslı islahatların əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət etməsindən bəhs ediblər. Əməkdaşlar əbədiyaşar liderimiz Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözlədiyini diqqətə çatdırıblar.

Tədbirin sonunda Ulu Öndərin xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.