CƏMİYYƏT


Elmi-Tədqiqat Pediatriya İnstitutunun 60-a yaxın əməkdaşı oftalmoloji müayinə olunub

Bakı, 23 sentyabr, AZƏRTAC 

Sentyabrın 23-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda tibbi aksiya keçirib.

Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən xəbərə görə, aksiya çərçivəsində institutun 59 əməkdaşı müayinə olunub.

Aksiya xüsusi karantin rejiminə əməl olunmaqla həyata keçirilib. Aksiyanın keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək, aşkarlanan problemlərin həllinə nail olmaqdır.

Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin avtomobil və dəmiryolu səyyar klinikası mütəmadi olaraq paytaxtda və respublikanın bir çox regionlarında aksiyalar keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.