ELM VƏ TƏHSİL
Elmi ictimaiyyətin nümayəndələri Ulu Öndərin məzarını ziyarət ediblər
Bakı, 27 mart, AZƏRTAC
Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında “Elm günü” təsis edilib. Sərəncama əsasən, hər il martın 27-də bu əlamətdar günün qeyd edilməsi qərara alınıb.
AZƏRTAC xəbər verir ki, “Elm günü” ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, vitse-prezidentləri, akademik-katiblər və elmi müəssisələrin rəhbərləri martın 27-də Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [11:57]
ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib
- 23.04.2024 [11:21]
Naviqasiya layihəsi üzrə təcrübəçi tələbələr Ədəbiyyat Muzeyində olublar
- 23.04.2024 [11:17]
“Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - BDU-da təlim
® ABB-nin ATM-lərində yenilik!
- [12:40]
Goranboyda zəlzələ olub
- [10:42]
Düzgün nəfəs almaq ömrü uzadır
- [06:44]