ELM VƏ TƏHSİL


Elmi konfrans: Heydər Əliyev və Azərbaycan təhsili

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ümumi fənlərin tədrisinin təşkili departamentinin və departament nəzdində fəaliyyət göstərən Tələbə Elmi Klubunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tələbə elmi-praktik konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Konfransı giriş sözü ilə açan Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru dosent Gülnarə Rzayeva ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına verdiyi töhfələrdən danışıb.

Tədbirdə çıxış edən Azərbaycan dili kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov, Xarici dillər kafedrasının müdiri professor Afət Abbasova, Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov və başqaları ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkədəki ictimai-siyasi vəziyyətdən, onun elm və təhsilin inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərindən söz açıblar.

Konfransın plenar iclasında UNEC-in tələbələri Mələkxanım Əsgərli “Heydər Əliyev tarixi fenomen şəxsiyyətdir” və Nərgiz Hüseynova “Heydər Əliyevin təhsilə verdiyi töhfələr” mövzuları ilə çıxış ediblər.

Departament üzrə Tələbə Elmi Klubunun rəhbəri tarix üzrə fəlsəfə doktoru Cəmilə Həsənovanın moderatorluğu ilə keçirilən konfrans “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm modeli”, “Qloballaşan dünyada mədəniyyətlərin və dillərin dialoqu” və “Heydər Əliyevin təhsilə verdiyi töhfələr” adlı üç bölmə iclası və panellərlə davam edib.

Sonda panellərdə çıxış edən 110 tələbəyə sertifikatlar və tezislər toplusu təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.