ELM VƏ TƏHSİL


Elmi konfrans: Radiotexnikanın müasir problemləri

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) Radiotexnika ixtisası üzrə mühəndis kadrların hazırlanmasının 60 illiyinə həsr olunmuş “Radiotexnikanın müasir problemləri” mövzusunda respublika elmi-texniki konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Onlayn formatda keçirilən konfransda AzTU-nun rektoru Vilayət Vəliyev, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Əfqan Abdullayev, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Mikayıl Abbasov, AzTU-nun elm və innovasiya üzrə prorektoru Çetin Elmas, Milli Aviasiya Akademiyasının elmi işlər üzrə prorektoru Afiq Həsənov, AzTU-nun Radioelektron və aerokosmik sistemlər kafedrasının müdiri Vaqif Məhərrəmov çıxış ediblər. Qeyd olunub ki, radiotexnikanın müasir vəziyyəti, perspektivləri və bu sahədə aparılan elmi-tədqiqat işlərini müəyyənləşdirmək üçün belə konfransların keçirilməsi çox əhəmiyyətlidir. Bildirilib ki, konfransda səslənən təkliflər və elmi nəticələr ümumiləşdirilərək istehsalata tövsiyə olunacaq. Bu da alimlərin gələcək fəaliyyətinin koordinasiya edilməsi, təcrübə mübadiləsi aparması və yeni əlaqələrinin qurulmasında mühüm rol oynayacaq.

İki gün davam edən konfransda 17 ali təhsil müəssisəsi, müxtəlif elmi-tədqiqat institutları və istehsalat müəssisələrinin nümayəndələrinin 6 bölmə üzrə elmi məruzələri dinlənilib.

Qeyd edək ki, konfrans Təhsil Nazirliyi və AzTU-nun təşkilatçılığı ilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.