ELM VƏ TƏHSİL


Elmi-metodik seminarlarda buraxılış imtahanlarının yeni qaydaları haqqında məlumat veriləcək

Bakı, 22 yanvar, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 26-da saat 11:00-da Bərdə şəhərində (K.Cabbarov küçəsi, 5) ingilis, fransız, alman və rus dili fənləri üzrə buraxılış imtahanlarında tətbiq ediləcək modelə dair elmi-metodik seminarlar keçirəcək.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, seminarda Mərkəzin şöbə müdiri Afiqə Batıyeva buraxılış imtahanlarının yeni qaydaları haqqında məlumat verəcək. İngilis dili fənni üzrə seminarda DİM-in böyük məsləhətçisi Könül Həsənova “Buraxılış imtahanlarının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları”, fransız dili fənni üzrə seminarda Azərbaycan Dillər Universitetinin (ADU) professoru, filologiya üzrə fəlsəfə doktoru Çəmən Babaxanova “Buraxılış imtahanlarının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları” mövzularında çıxış edəcək. Alman dili fənni üzrə seminarda ADU-nun dosenti Raya Həsənovanın “Buraxılış imtahanlarının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları”, rus dili fənni üzrə seminarda Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi Afət Mürsəliyevanın “Buraxılış imtahanlarının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları” mövzularında məruzələri dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.