ELM VƏ TƏHSİL


Elmi-metodiki fənn seminarlarının keçiriləcəyi tarix açıqlanıb

Bakı, 2 oktyabr, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün keçiriləcək elmi-metodiki fənn seminarlar haqqında məlumat yayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, yeni təhsil proqramları (kurikulumlar) əsasında buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanmasına və müzakirəsinə dair müvafiq fənlər üzrə elmi-metodiki seminarlar oktyabrın 3-dən etibarən başlayır. Təhsil İnstitutuna, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, ali təhsil müəssisələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının institutlarına məktublar və seminarların iş qrafiki göndərilib. Seminarların işində müvafiq fənlər üzrə müəllimlər, metodistlər, metodika kafedralarının müəllimləri, mütəxəssislər, pedaqojiyönümlü fakültələrin magistrləri iştirak edə bilərlər.

Seminarlar Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.