CƏMİYYƏT
Elmi-praktik seminarda perinatal xidmətlər barədə məlumatlar verilib
Bakı, 7 fevral, AZƏRTAC
Ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzindədir. Bununla əlaqədar olaraq Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya, mamalıq və ginekologiya, şüa diaqnostika kafedralarının müəllim heyətinin iştirakı ilə Astara şəhərində elmi-praktiki seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, seminarda Astara ilə yanaşı, Lerik, Lənkəran, Massallı, Yardımlı, Cəlilabad rayonlarının ilkin səhiyyə xidmətlərində və xəstəxanalarında çalışan həkim-pediatr, mama-ginekoloq, şüa-diaqnostika ixtisasları üzrə 80 həkim iştirak edib.
Seminarda ana və uşaqlar arasında xəstəliklərin yayılması, ölüm halları və səbəbləri barədə, eləcədə ölkədə Dövlət proqramları çərçivəsində həyata keçirilən hamilə qadınlara və yenidoğulmuşlara təşkil olunan perinatal xidmətlər barədə geniş məlumatlar müqayisəli şəkildə təqdim olunub. İştirakçılara uşaqların inkişafının erkən aşkarlanmasına dair yeni yanaşmaların tətbiqi ilə bağlı məlumatlar verilib.
Təqdimatları Ə.Əliyev adına ADHTİ-nun pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova, mamalıq və ginekologiya kafedraların dosenti Reyhanə Hacıyeva, şüa diaqnostika kafedrasının əməkdaşları Aydın Mirzəyev və Azər Fərəcov, endokrinoloq Hidayət Məmmədzadə aparıblar.
Diskussiya şəklində aparılan təqdimatlarda seminar iştirakçılarının suallarına mütəxəssislər ətraflı cavablar veriblər.