ELM VƏ TƏHSİL


Elmi seminar: “Bədxassəli şişlərin müalicəsində dərman terapiyasının tətbiqi yenilikləri”

Bakı, 17 fevral, AZƏRTAC

Aşqarlar Kimyası İnstitutunda “Bədxassəli şişlərin müalicəsində dərman terapiyasının tətbiqi yenilikləri” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a Aşqarlar Kimyası İnstitutundan məlumat verilib. İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Əfsun Sucayev seminarın gündəliyi barədə iştirakçılara məlumat verib. Sonra institutun elmi işçisi Ulduz Cəfərovanın məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, onkoloji xəstəliklərin dünya səhiyyəsində ciddi problem olması onun ildən-ilə geniş yayılan dinamikasında ölüm hallarının artmasından qaynaqlanır. O, hazırda dünyada ən çox rast gəlinən və ölüm hallarına səbəb olan bədxassəli şişlər, onların yaranmasında rol oynayan risk amilləri, inkişaf etmiş ölkələrin aparıcı elmi mərkəzlərinin tövsiyə etdiyi bədxassəli şişlərdən qorunmaq yolları, profilaktik tədbirlər haqqında məlumat verib.

Məruzəçi hazırda bədxassəli şişlərin müalicəsində nəyə üstünlük verilməsi, hansı müalicə metodlarının standart kimi tövsiyə olunması və ən əsası müalicə üsulunun seçilməsinin xəstəliyin yerləşdiyi orqandan, mərhələsindən, yayılmasından və xəstənin ümumi vəziyyətindən asılı olaraq dəyişməsini konkret faktlarla izah edib. O, müvafiq istiqamətdə potensial dərman maddələri – sintetik antioksidantlar və enzim-izoenzim inhibitorların yaradılması ilə bağlı Aşqarlar Kimyası İnstitutunun aparıcı alimlərinin müştərək beynəlxalq tədqiqatlar çərçivəsində apardığı elmi tədqiqatlardan da danışıb.

Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.