ELM VƏ TƏHSİL


Elmi seminar: Biologiya və tibdə multi - omiks yanaşmalar

Bakı, 30 mart, AZƏRTAC

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda onlayn formatda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, seminarda institutun proteomiks beynəlxalq laboratoriyasının müdiri, Pusan Milli Universitetinin tədqiqatçı-professoru İsmayıl Zülfüqarovun “Biologiya və tibdə multi - omiks yanaşmalar” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi tərəfindən müasir elmin fenomiks, lipidomiks, katalomiks, konnektomiks kimi yeni sahələri haqqında məlumat verib, bioloji sistemlər haqqında daha geniş bilik əldə etmək üçün OMİKS texnologiyaların tətbiqinin zəruriliyi vurğulanıb. Bildirilib ki, genomiks orqanizmin genomu, o cümlədən, genlər, ekzonlar, intronlar, promotorlar, transkripsiya faktorları və bir çox genomla bağlı funksiyaları tədqiq edən texnologiyalardan ibarətdir.

İsmayıl Zülfüqarov orqanizmin transkriptomunu tədqiq edən transkriptomiks, ikincili metabolitləri tədqiq edən metabolomiks texnologiyaları haqqında ətraflı məlumat verib, müxtəlif xəstəliklərin öyrənilməsində multi-omiks texnologiyaların tətbiqindən, bu tədqiqatlarda istifadə edilən alətlərdən, multi-omiks vasitəsilə yeni texnologiyaların işlənib hazırlanması perspektivlərindən söz açıb.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

Tədbirdə Botanika, Genetik Ehtiyatlar, Biofizika, Torpaqşünaslıq və Aqrokimya, Zoologiya, Dendrologiya, Mikrobiologiya, İnformasiya Texnologiyaları, Fiziologiya institutlarının və Mərkəzi Nəbatat Bağının alimləri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.