ELM VƏ TƏHSİL


Elmi seminar: “Cəlil Məmmədquluzadənin yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları”

Bakı, 25 aprel, AZƏRTAC

AMEA Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Dillər Universitetinin (ADU) Multikulturalizm Elmi-Tədqiqat Laboratoriyası (ETL) ilə birgə “Cəlil Məmmədquluzadənin yaradıcılığında multikulturalizm və tolerantlıq ideyaları” mövzusunda seminar keçirib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyeva “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında təşkil olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan multikulturalizminin dərin qaynaqları var. Orta əsrlərdən etibarən İslam həmrəyliyi, digər dinlərə tolerant yanaşma Azərbaycanda mövcud olub. Cəlil Məmmədquluzadənin əsərləri, “Molla Nəsrəddin” jurnalının orijinal nüsxələri muzeydə mühafizə olunur.

Sonra ADU Multikulturalizm ETL-in elmi işçisi Turan Kərimli "Cəlil Məmmədquluzadənin yaradıcılığında qadın azadlığı”, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov “Cəlil Məmmədquluzadə və multikultural ideyalar” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb. Sonra tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.