ELM VƏ TƏHSİL


Elmi seminar: Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi

Bakı, 14 may, AZƏRTAC

“SABAH Magistratura” layihəsi çərçivəsində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin Elektron kommersiya ixtisaslaşmasında təhsil alan magistrantlar üçün Lütfi Zadə Texnoloji Mərkəzində “Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi” mövzusunda seminar təşkil olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda mütəxəssislər “Dördüncü Sənaye İnqilabı texnologiyalarının qlobal iqtisadiyyata təsiri” , “Süni intellekt, yoxsa emosional intellekt?”, “Əşyaların interneti - hər şeyin interneti” mövzularında təqdimatlar ediblər. Təqdimatda süni intellektlə bağlı məlumatlar çatdırılıb, fikir mübadiləsi aparılıb.

Magistrantlar rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı e-kommersiya platformalarının formalaşdırılmasına aid təkliflər veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.