ELM VƏ TƏHSİL


Elmi seminar: Dünya iqtisadiyyatının aktual problemləri

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisad Məktəbinin direktor müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri iqtisad elmləri doktoru, professor Elşad Məmmədovun “Dünya iqtisadiyyatının aktual problemləri və iqtisad elmi: real baxış” mövzusunda seminar keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri, Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi Aslan Əzimzadə mövzunun aktuallığından söz açaraq, tələbələrə seminarda fəal olmağı tövsiyə edib.

Sonra professor Elşad Məmmədov iqtisad elminin aktual problemləri, dünya iqtisadiyyatında baş verən problemlərə iqtisadi baxış və bütövlükdə real iqtisadi mənzərənin analizi istiqamətində çıxış edib.

Tələbə Elmi Cəmiyyəti və İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə keçirilər seminarın sonunda tələbələrə sertifikat verilib. Fəal iştirak edən 4 tələbəyə kitab hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.