ELM VƏ TƏHSİL


Elmi seminar: Heydər Əliyevin Azərbaycanda maddi və milli-mənəvi dəyərlərin qorunmasında rolu

Bakı, 10 may, AZƏRTAC

AMEA Milli Azərbaycan Tarixi Muzeyi (MATM) və Yeni Azərbaycan Partiyası Səbayıl rayon təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyevin Azərbaycanda maddi və milli-mənəvi dəyərlərin qorunmasında yeri və rolu” adlı elmi seminar keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra iştirakçılar ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Muzeydən AZƏRTAC-a bildirilib ki, müxtəlif ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, muzey əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru akademik Nailə Vəlixanlı açıb. Qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti hər bir Azərbaycan övladı üçün örnəkdir və milli-mənəvi dəyərlərin təbliği üçün ən gözəl nümunədir.

Elmi seminar muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Bəhmən Kərimovun “Heydər Əliyev və muzeylərimiz”, muzeyin Arxeologiya Elmi Fond şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nasir Quluzadənin “Azərbaycanda tarixi abidələrin qorunmasında Heydər Əliyevin yeri və rolu”, muzeyin elmi işçisi Ləman Musayevanın “Heydər Əliyev irsinin təbliğində gənclərimizin rolu”, muzeyin baş mütəxəssisi Pərvanə Əzimovanın “Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi” adlı məruzələri ilə davam edib.

Seminar iştirakçılarının məruzələri fotoslaydlarla müşayiət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.