ELM VƏ TƏHSİL


Elmi seminar: İntellektual informasiya texnologiyaları və jurnalistika problemləri

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda intellektual informasiya texnologiyaları və jurnalistika problemlərinə həsr olunmuş seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, institutun baş mütəxəssisi Sünbül Zalova “Süni intellekt texnologiyalarına əsaslanan jurnalistika: müasir vəziyyət, trendlər və perspektivlər” mövzusunda məruzəsini təqdim edib. O bildirib ki, süni intellekt insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan elmi istiqamətdir.

Dron jurnalistikasından söz açan S.Zalova bildirib ki, bu uçuş aparatları sərhəddən gələn təhlükə, oğurluq və digər hadisələr haqqında məlumatları operativ “əldə edə” bilir. S.Zalova, həmçinin dron texnologiyaları və sosial media imkanları, bu texnologiyalardan istifadə qaydaları, dron jurnalistikasının perspektivləri, eləcə də aparılan tədqiqatlar, keçirilən konfranslar haqqında ətraflı məlumat verib.

Akademik Rasim Əliquliyev mövzu ilə bağlı tövsiyələrini səsləndirib. Alim süni intellektin daha dərindən araşdırılmasını, eləcə də “data science” jurnalistika, informasiya müharibəsi texnologiyaları, konfliktologiya sahələri üzrə tədqiqatların aparılmasını tövsiyə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.