ELM VƏ TƏHSİL


Elmi seminar: Liseylərdə fizika təlimi konsepsiyası və qiymətləndirmə modelləri

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində keçirilən elmi seminarda Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov məruzə ilə çıxış edib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Qalib Şərifov “Liseylərdə fizika təlimi konsepsiyası və qiymətləndirmə modelləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi liseylərdə fizika təliminin yenilənməsi və təkmilləşdirilməsi, Avropada və İngiltərədə “Blum” taksonomiyaları əsasında hazırlanan yeni qiymətləndirmə modeli əsasında şagirdlərin bilik və bacarıqlarının yoxlanılması, qiymətləndirmə modelinin mövcud kurikulum standartları ilə müqayisəli təhlili haqqında məlumat verib.

Daha sonra qiymətləndirmə modeli ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.