ELM VƏ TƏHSİL
Elmi seminar: Maşın təlimi metodlarının müdaxilələrin aşkarlanması sistemlərinə tətbiqi
Bakı, 26 fevral, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Maşın təlimi metodlarının müdaxilələrin aşkarlanması sistemlərinə tətbiqi” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda elmi müəssisənin magistrantı Ayşən Rzayeva mövzu üzrə məruzə edib. Məruzəçi müxtəlif maşın təlimi metodlarını təhlil edərək onların mənfi və müsbət cəhətlərini diqqətə çatdırıb. O, KDD-99 və NSL-KDD verilənlərində müxtəlif maşın təlimi metodları ilə bağlı apardığı eksperimentlərin nəticələrini müqayisə edib.
Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev maşın təlimi metodlarının müdaxilələrin aşkarlanması sistemlərinə tətbiqi üzrə tədqiqatların davam etdirilməsi ilə bağlı bir sıra təkliflər səsləndirib.
Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]