ELM VƏ TƏHSİL


Elmi seminar: Milli Transliterasiya Sisteminin problemləri və inkişaf perspektivləri

Bakı, 24 noyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Milli Transliterasiya Sisteminin problemləri və inkişaf perspektivləri” mövzusunda onlayn elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni təqdim edən böyük elmi işçi Səbinə Məmmədzadə Milli Transliterasiya Sisteminin yaradılmasının normativ-hüquqi əsasları, məqsəd və vəzifələri, linqvistik və texniki problemləri, üstünlükləri və inkişaf perspektivləri barədə məlumat verib. Qeyd olunub ki, Milli Transliterasiya Sisteminin yaradılmasında məqsəd Azərbaycan dilinin yazı sisteminin işarələrinin (qrafikasının) digər dillərin yazı sistemlərinin işarələrinə (qrafikalarına) birə-bir konvertasiyasının təmin edilməsidir. Axtarış zamanı internetdə sözlərin düzgün yazılışının və mətnin bir əlifbadan digərinə düzgün keçidinin təmin edilməsi, dünya azərbaycanlıları arasında qrafika problemini aradan qaldırmaqla ümumi informasiya mühitinin yaradılması sistemin vəzifələrindəndir.

Milli Transliterasiya Sisteminin linqvistik problemlərindən söz açan məruzəçi bildirib ki, müxtəlif dillərin fərqli qrafik xüsusiyyətlərinə malik olması transliterasiyanı mümkünsüz edir. Sistemin üstünlüklərindən bəhs edən S.Məmmədzadə Azərbaycanda yeni (milli) transliterasiya standartlarının tətbiq edildiyini diqqətə çatdırıb.

Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.