ELM VƏ TƏHSİL


Elmi seminar: Mobil hesablama buludlarının resurslarından səmərəli istifadə olunması modeli

Bakı, 2 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında “Mobil hesablama buludlarının resurslarından səmərəli istifadə olunması modelinin işlənməsi” mövzusunda məruzə təqdim olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, mobil “ağıllı” telefonların verdiyi faydalara və həyatı asanlaşdırmasına baxmayaraq, hesablama və yaddaş resurslarındakı məhdudiyyətlər, akkumulyatorun işləmə müddətinin az olması bir çox problemlər yaradır. Mobil hesablama buludları texnologiyalarından istifadə etməklə qeyd olunan problemləri aradan qaldırmaq vacib məsələlərdəndir.

İclasda mobil hesablama buludlarında xidmət platformalarının analizindən söhbət açılıb. Həmçinin “iCloud” və “Dropbox” sistemi və mobil hesablama buludlarının tətbiq sahələrindən bəhs edilib.

Məruzə ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.