ELM VƏ TƏHSİL


Elmi seminar: Terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin modelləşdirilməsi

Bakı, 8 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında baş mütəxəssis Əfruz Qurbanova “Terminoloji informasiya sistemi çərçivəsində dinamik proseslərin modelləşdirilməsi” mövzusunda məruzə təqdim edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Ə.Qurbanova de-terminləşmə prosesi və terminoloji proseslərin riyazi təsviri haqqında məlumat verib. O qeyd edib ki, istənilən bilik sahəsinin terminologiyası hər hansı bir dilin lüğət tərkibinin dinamik və ayrılmaz hissəsidir. Yeni terminlərin yaranması ilə dilin lüğət tərkibi zənginləşir və inkişaf edir. İnsanın peşəkar fəaliyyətinin müxtəlif sahələrində, ilk növbədə, ən yeni texnologiyalar, bazar iqtisadiyyatı və bir çox digər sahələrdə terminoloji leksikanın nəhəng artımı dildə baş verən “terminoloji partlayış”dan danışmağa imkan verir. Məruzəçi müasir terminologiyanın metodlarından da söz açıb.

Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.