ELM VƏ TƏHSİL


Elmi seminar: Uğurlu təhsil islahatlarının banisi - ulu öndər Heydər Əliyev

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Uğurlu təhsil islahatlarının banisi - ulu öndər Heydər Əliyev” mövzusunda onlayn elmi-seminar keçirilib.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, elmi-seminarda filialın direktoru, dosent Tünzalə Yusifova ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında oynadığı roldan danışıb. O bildirib ki, Azərbaycanda təhsilin bütün pillələrində aparılan uğurlu islahatların əsası ötən əsrin 70-ci illərində dahi rəhbər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Seminarda filialın tərbiyə işləri üzrə direktor müavini, Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Şəlalə Seyidova çıxış edərək Azərbaycan təhsil tarixinin 70-ci illərdən bugünkü dövrədək keçdiyi inkişaf tarixini mərhələlər üzrə təqdim edib. Qeyd olunub ki, yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə dövlət qayğısının göstərilməsi və digər sahələrdə Ümummilli Liderin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin bugünkü inkişafına zəmin yaradıb.

Seminar diskussiya şəklində davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.