ELM VƏ TƏHSİL
Elmi seminar: Vətən, xalq və din – gələcəyin müəllimləri nələrə diqqət etməlidirlər
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun təqdimatında “Vətən, xalq və din – gələcəyin müəllimləri nələrə diqqət etməlidirlər” mövzusunda elmi seminar keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, seminarda universitetin rektoru, professor Cəfər Cəfərov dini-mənəvi biliklərin düzgün aşılanması və mahiyyətinin dərk edilməsi mövzusunun müəllim olacaq gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Universitetin prorektoru, professor Fikrət Rzayev qeyd edib ki, 2018-ci ilin noyabr ayından ardıcıl keçirilən bu tədbirlər tələbələr üçün könüllü ustad dərsi xarakteri daşıyır.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov din, əxlaq, milli mənsubiyyət, cəmiyyətdəki ictimai fikirlər və digər məqamlarla bağlı müzakirələr aparıb, tələbələrin suallarına cavab verib.