ELM VƏ TƏHSİL


Elmi seminarda iyerarxik klasterləşdirmə alqoritmi ilə bağlı müzakirələr aparılıb

Bakı, 11 oktyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında “İyerarxik klasterləşdirmə alqoritmi” (“Hierarchical clustering”) mövzusunda müzakirələr aparılıb.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib.

İnstitutun əməkdaşı Lalə Fətəliyeva k-means klasterləşdirmə metodunun çatışmazlığından danışıb. Bildirib ki, bu çatışmazlığı aradan qaldırmaq üçün iyerarxik klasterləşdirmə alqoritmləri hazırlanıb. Bu alqoritmin əsas məntiqi oxşar xüsusiyyətlərin birləşməsinə əsaslanır (və ya əksinə). Bu məntiqə görə, alqoritmin 2 əsas yanaşması var: aqlomerativ və bölünmə.

Onun sözlərinə görə, aqlomerasiya (bu, aşağıdan yuxarıya doğru bir yanaşmadır) zamanı hər müşahidə öz klasterindən başlayır və iyerarxiyaya doğru irəlilədikcə cüt-cüt birləşir. Bölünmə (bu isə əksinə, yuxarıdan aşağıya doğru bir yanaşmadır) zamanı müşahidələr bir qrupda başlayır və iyerarxiya aşağı düşdükcə parçalanır.

L.Fətəliyeva iyerarxik klasterləşdirmə alqoritminin kateqoriyaları haqqında məlumat verib. Qeyd edib ki, buraya “single linkage” (tək əlaqə), “complete linkage” (tam əlaqə), “average linkage” (orta əlaqə), “ward linkage” (vard kriteriyası) aiddir.

Sonda seminar iştirakçıları mövzu ilə bağlı fikirlərini bölüşüb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.